Yeni qəbul olan tələbələrə 10 tövsiyəm:
1. İngilis dili öyrənin. Mütləq öyrənin.
2. Universitetdən çox şey gözləməyin, əlavə kitablar, onlayn/oflayn kurslar və başqa materiallar ilə fəaliyyət göstərmək istədiyiniz sahəni özünüz öyrənin.
3. Mübadilə proqramlarında iştirak edin. Mütləq çalışın ki, ən azı bir dəfə iştirak edəsiniz.
4. Ən azı bir dəfə təcrübə proqramına qoşulun, yay aylarında işləyin. (Sahəniz üzrə)
5. Ən azı bir dəfə könüllülük təcrübəsi yaşayın.
6. Biznes yaxud mühəndislik oxuyursunuzsa, ən azı bir dəfə startup qurmağa cəhd edin. (amma ağlabatan ideya olsun)
7. İmkan daxilində bəzi önəmli beynəlxalq sertifikasiyaları əldə edin.
8. Ünsiyyətcil olun, utancaqsınızsa, bu tərzinizi dəyişin, çoxlu dostlar qazanın. Özünüz görəcəksiniz ki, daha çox dostu olan daha tez yüksəlir.
9. Mütləq bir karyera mentorunuz olsun, karyeranızda sizdən əvvəl uğur qazanmış insanları tapın və sual verin.
10. Gülümsəyin, siz həyatınızı və gələcək dünyanı qurmaq üzrəsiniz! Hər birinizə uğurlar!
© İdrak Atakişili