“SOFT SKİLLS” (“yumşaq bacarıqlar”) haqqında tez-tez eşidirik. Amerika Milli Kolleclər və İşəgötürənlər Assosiasiyası (The American National Association of Colleges and Employers) Chevron, IBM kimi şirkətlər də daxil olmaqla 260 şirkətdə araşdırma aparıb. Həmin araşdırmaların nəticələrinə görə əməkdaşlarda arzu edilən əsas 5 vacib “soft skill” ardıcıllığı aşağıdakı kimidir:
🎳Komandada işləmək bacarığı;
📞Müəssisə daxilində və kənarda insanlarla ünsiyyət bacarığı;
⏳Planlaşdırma, təşkil etmə və prioritetləşdirmə bacarığı (vaxtın idarə edilməsi baxımından);
😉Mürəkkəb məsələlərlə bağlı qərar qəbul etmək və problemləri həll etmək bacarığı;
ℹ️Məlumatı axtarmaq və emal etmək bacarığı.
© Sevinc Qarakişiyeva( HR)