Əksər vakansiya, təcrübə proqramlarında görmüsünüz ki, tələblər arasında ofis proqramları biliyi var. Bu gün kiçiyindən böyüyünə bütün şirkətlərdə baş verən bəzi prosesləri ofis proqramlarsız və ya alternativsiz təsəvvür etmək çətindir. Çünki, ofis proqramları ilə işgüzar üsluba riayət etməklə yanaşı həm də vaxtınıza qənaət etmiş olursunuz. Məsələn, əlinizdə olan minlərlə müştəri datasını Excel-də idarə edib filterləmə, funksiyalar kimi əməliyyatlarından sizə lazım olan nəticəni, məlumatı görə bilirsiniz.
Exceli öyrənmək üçün milli dildə olan YouTube kanallarından və ödənişsiz olan Udemy kurslarından başlaya bilərsiniz. Bu platformalarda olan Excel dərslərinə baxmaqla iş mühitində rahatlıqla Exceli istifadə edə bilərsiniz.
Excel öyrənməyiniz və iş müsahibəlrində uğurlu olmanız üçün bəzi kanalları sizinlə paylaşırıq. Aşağıdakı kanallara abune olub videolardan faydala bilərsiniz.