Azercell Təcrübə Proqramı / Müqavilələrin İdarə Edilməsi Şöbəsi
İş qrafiki:
Bazar ertəsi – Cümə günləri, saat 09:00 – 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
İş yeri: Tbilisi prospekti 149, AZ1122 Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).
Təcrübə müddəti: 3 ay (6 aya qədər uzadıla bilər)
________________________________________________________________
Əsas öhdəliklər:
- Müqavilələrin idarə olunması prosesində dəstək göstərmək (arxiv, layihənin tərtibi və s.).
- Qanunvericiliyə uyğun olaraq istənilən növ müqavilələrin hazırlanmasına dəstək göstərmək.
- Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi.
- Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.
Requirements
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Təhsil: Hüquq fakültəsinin son 2 (iki) kurs tələbələri;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Müqavilə/Kommersiya Hüququ üzrə bilik və maraqın olması;
- MS Office kompüter proqramından istifadə etmək bacarığı.
Üstünlük verilən Yetkinliklər:
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
- Nəzarət etmək qabiliyyəti;
- İşləri yüksək səviyyədə icra etmək bacarığı;
- Yekun nəticəyə yönəlmə bacarığı.
Hiring process
İşə qəbul prosesi:
- CV-lərin təhlil edilməsi
- İxtisas üzrə müvafiq yazılı tapşırıqlar/testlər
- Yetkinliklərə əsaslanan (HR) / Texniki Bacarıqlar Müsahibəsi
Qeyd:
- Bu təcrübə vakansiyasına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Apply
Deadline for applicants
25th January 2022 08:59 PM