Bu gün əmək bazarında gənclər bank sektorunda işləməyə maraq göstərir. İlk olaraq onu izah edək ki, bankda yalnız iqtisadiyyat təhsilli olan insanlar yox, eyni zamanda müxtəlif ixtisasların da sahibi də işləyə bilər. Hər bir bankın maliyyəçiyə ehtiyacı olduğu qədər mühəndisə, texniki işçiyə, proqramlaşdırmaçıya, menecerlərə ehtiyacı var.
Bu gün əmək bazarında ən çox vakansiyalarla diqqət çəkən Banklar sırasına Paşa Bank, Kapital Bank, ABB və Yelo Bank daxildir.
- Sistemli və strukturlu şirkətlər olması
- İşçilərin rəsmi işlədilməsi
- Rəqabətə davamlı maaşların təklif edilməsi
- Gənclərin karyera qurmasına imkan yaratması
- Müxtəlif təcrübə proqramları ilə gənclərin ixtisaslaşmasına dəstək olması
- İşçilər üçün müxtəlif motivasiya addımlarının atılması və s.
Bank sektorunda olan vakansiyalarla tanış olmaq üçün iş elanları saytlarından və linkedindən yararlana bilərsiniz. Bunlarla yanaşı bankların saytına da daxil olub vakansiyalarla tanış ola və birbaşa müraciət edə bilərsiniz.
- Pasha Holding Vakansiyalar: Paşa banka müraciət etmək üçün recruitment@pashabank.a mail ünvanına CV yollaya və bu linkdən qeydiyyatdan keçə bilərsiniz.
- Kapital bank vakansiyaları: Kapital banka həm linklə, həm də hr@kapitalbank.az mail ünvanına CV göndərməklə müraciət edə bilərsiniz.
- Yelo Bank Vakansiyalar: Yelo banka həm bu linklə , həm də jobs@yelo.az maili ilə CV göndərərək müraciət edə bilərsiniz.
- ABB Bank vakansiyalar: ABB-yə müraciət üçün cv@abb-bank.az və bu linkə müraciət edə bilərsiniz.
- Unibank Vakansiyalar saytı aktiv istifadə edilməsə də CV portalı ilə CV göndərə bilərsiniz.
- RabitəBank vakansiyalara müraciət career@rabitabank.com mail ünvanı və bu sayt ilə mümkündür.
Hər gün Bankda vakansiyalar yenilənməkdir. Xəbərdar olmaq üçün saytımızı izləməkdə qalın.