Müasir dövrdə dövlət qurumları və özəl şirkətlər getdikcə daha çox informasiyanın məxfiliyini təmin etmək, məlumatlara icazəsiz girişin qarşısını almaq, kompüter sistemləri və şəbəkələrini kənar müdaxilələrdən qorumaq ehtiyacı ilə üzləşirlər. Məlumatların hərtərəfli qorunmasını təmin etmək vəzifəsi informasiya təhlükəsizliyi mütəxəssisi üzərinə düşür.
Ölkədə informasiya sistemlərinin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə geniş tələbat yaranmışdır.
İnformasiya təhlükəsizliyi mütəxəssisi Şirkət və fərdi istifadəçilərin məlumatlarının məxfiliyini təmin edən, informasiya sistemlərinin təhlükəsizliyini gücləndirən və məlumatların sızmasının qarşısını alan bir işçidir.
İnformasiya təhlükəsizliyi proqramları, bu üçlüyünün əsas məqsədləri ətrafında qurulmuşdur: İT sistemlərinin və iş məlumatlarının məxfiliyini, bütövlüyünü və mövcudluğunu qorumaq. Məxfilik, bəlkə də informasiya təhlükəsizliyi dedikdə ağlınıza ən çox gələn üçlüyün elementidir. Bu məqsədlər, həssas məlumatların yalnız səlahiyyətli şəxslərə açıqlanmasını təmin edir (məxfilik), məlumatların icazəsiz dəyişdirilməsinin qarşısını alır (bütövlük) və məlumatların səlahiyyətli şəxslər tərəfindən tələb edildikdə əldə olunmasını təmin edir (mövcudluq).
Soft bacarıq dedikdə,komanda ilə işləmək bacarığı, tənqidi düşüncə və problemlərin həlli, yazılı və şifahi ünsiyyət bacarıqları, liderlik, yeniliklərə açıq olma, öyrənməyə həvəsli olma başa düşülür