Əgər siz bir iş axtaransınızsa, ilk olaraq iş elanları yəni vakansiyalar saytlarını araşdırmalı və onların paylaşdığı vakansiyalardan xəbərdar olmalısınız. Çünki, iş elanları saytlarında gündəlik olaraq ən son vakansiyalarla tanış olmaq imkanı olur. Müxtəlif vakansiya saytlarını parelel olaraq izləməyə çalışın ki, daha çox aktiv olan vakansiyalardan xəbərdar olasınız. Bəzi vakansiyalar saytında iş elanları ilə tanış olmaqla yanaşı, həm də CV-nizi sayta yükləyə bilərsiniz. Bəzi şirkətlər vakansiya elanı yerləşdirməyə xərc kimi baxdığı üçün kadr ehtiyatını saytların namizədlər hissəsində olan CV-lər hesabına formalaşdırır. Gündəlik vakansiyalardan xəbərdar olmanız üçün Ekaryera.az, Jobsearch, Position, HelloJob, SalamJob, Boss, Edumap.az saytlarını izləyə bilərsiniz.
Facebook və instagram istifadə edin, orada vakansiyaların paylaşıldığı qrup və səhifələri izləyin. Məsələn, Facebookda bir çox spesifik sahəyə aid qrup var və hər qrupda o sahəyə aid mövcud olan vakansiya elanlari paylaşılır. Məsələn, dizayner vakansiyaları Gdaz-da, SMM vakansiyaları “Sosial Media Marketinqi” qrupunda, mühasib vakansiyaları “Azərbaycan Mühasibləri” qrupunda və developer, İT vakansiyaları “Developers Azerbaijan” facebook qrupunda paylaşılır. Bunlarla yanaşı Facebookda "People@Work, KaryeraAze qruplarını aktiv şəkildə istifadə edin. İnstagramda isə gündəlik olaraq KaryeraAze səhifəsi ən yeni vakansiyaları paylaşır.
Bunlarla yanaşı linkedin hesabı yaradın və linkədində işəgötürən qismində çıxış edən HR, CEO və digər şəxsləri izləyin. Bir çox vaxt linkedində paylaşılan vakansiyalar iş elanları saytlarında paylaşılmır. Linkedin istifadə etməklə oradan da gündəlik olaraq yeni vakansiyalar haqqında məlumat əldə edə bilərsiniz. Əgər linkedində yenisəniz və bağlantılarınız zəifdirsə, o zaman ekaryera.az, İşvar səhifələrini izləyərək işəgötürənlərin paylaşdığı vakansiyaları görə bilərsiniz. Eyni zamanda Linkedində profilinizi tam doldurmağa çalışın və iş filterlərindən istifadə edərək sahənizə uyğun vakansiyaların bildirişlərini alın.
Gündəlik olaraq instagramdan əyləncə məqsədi ilə yanaşı vakansiyalarla tanış olmaq üçün də istifadə edə bilərsiniz. Bəzən şirkətlər öz vakansiyalarını öz sosial şəbəkə hesablarında paylaşmağı seçirlər və siz həmin şirkətin səhifəsini izləmiş olsanız, vakansiyadan ilk xəbərdar olanlardan ola bilərsininiz. İnstagramda iş elanlarına aid #vakansiyalar, #vakansiya kimi müxtəlif həştəqləri axtarışa verərək paylaşılan iş elanlarını da görə bilərsiniz. Və instagramda Karyera_Aze səhifəsini izləyərək müxtəlif vakansiyalardan tanış ola bilərsiniz.