Professional CV-nizdə təcrübəniz, təhsiliniz, maraqlarınız, bilik və bacarıqlarınız haqqında məlumat verin. CV-niz 2 səhifədən çox olmasın və yerləşdirdiyiniz şəkil rəsmi üslubda olsun. Dini inanc, cins kimi məlumatlar daxil etməyin. Təcrübə hissəsini CV-nin yuxarı hissəsinə qeyd edin. CV üçün Canva, novoresume kimi saytlardan başqa Word proqramında da düzəldə bilərsiniz. Proqram özü hazır şablonlar təklif edir. Çalışın qarışıq CV-lər əvəzinə daha modern olan sadə CV formalarına istifadə edin. Dil və komputer biliklərinizi zəif, orta, yaxşı, əla olaraq qeyd edə bilərsiniz. Məsələn, İngilis dili - yaxşı
İş elanlarına müraciət əksərən mail üzərindən CV göndərməklə həyata keçirilir. Mail üzərindən CV göndərəndə vakansiya adını mailin başlıq( subject) hissəsində mütləq bildirin. Mətn olaraq
“Salam, hörmətli HR komandası. Qeyd edilən vakansiya üzrə 1 illik təcrübəm var və özünəməxsus yanaşmalarım ilə uğurlu iş ortaya qoyacağıma inanıram.
Hörmətlə,
Filankəsov Filankəs”
kimi qıza cümlələr yazaraq CV faylınızı əlavə edə bilərsiniz.
CV faylınızı jpeg, word formatlar əvəzinə PDF formatda göndərin.
Aktiv İş elanlarına müxtəlif saytlar və sosial şəbəkələrdən tanış ola bilərsiniz. İş elanlarına tanış olmaq üçün ekaryera.az saytından faydalana bilərsiniz. Eyni zamanda linkedin də istifadə edərək işəgötürənlərin paylaşdığı vakansiyalardan yararlana bilərsiniz. Bunlardan başqa facebook qrupları və instagram səhifələrini izləyərək hər gün yenilənən vakansiyalardan xəbərdar ola bilərsiniz.
Linkedin hesabı ilə hər gün linkedində olan vakansiyalardan xəbərdar ola bilərsiniz. Linkedin hesabınızı aktiv şəkildə istifadə etməyə çalışın və gündəlik olaraq bağlantılarınızı artırmağa və vakansiya paylaşan işəgötürənləri izləyə bilərsiniz. Profil məlumatlarınızı ətraflı doldurun və nəaliyyətlərinizi paylaşın. Gördüyünüz işlər, rastlaşdığınız keyslərdən paylaşım edin, amma şəxsi şəkillər paylaşmayın.
Müxtəlif sosial şəbəkərdən vakansiya axtarışı zamanı həştəqlərdən istifadə edə bilərsiniz. Məsələn, #ishelani, #ishvar, #vakansiya, #vakansiyalar tipli həştəqləri axtara və ya daxil olaraq instagram, facebook, linkedin kimi sosial şəbəkərdə o həştəqlə paylaşılan elanları görə bilərsiniz.