İlk öncə müsahibə nədir sualına cavab tapaq:Müsahibə prosesi seçmə zamanı tətbiq edilən ən məşhur və ənənəvi metoddur. Müsahibə zamanı namizədlərlə rekruterler üz-üzə gəlirlər. Böyük təşkilatlar müsahibə mərhələsinə ciddi yanaşdıqları üçün, bu mərhələdə böyük hazırlıqlar edirlər.Təşkilatlar hətta ayrıca müsahibə otaqları belə ayırırlar ki, ən yaxşı namizədi seçməyə təsir edəcək ən kiçik neqativ faktor belə qalmasın. Kiçik təşkilatlara gəlincə, müsahibə bir çox hallarda qeyri-formal olaraq həyata keçirilir. Bu adətən 5-15 dəqiqəlik ünsiyyətdən ibarət olaraq işçi haqqında fikir formalaşdırırlar.
Müsahibə formaları mütəxəssislər tərəfindən fərqli şəkildə hazırlana bilər. Hər hansı bir müsahibənin hazırlanması ilk öncə müəyyən mərhələlərdən ibarət olur. Bu zaman müsahibənin keçirilməsinin əsas sütunu qalmaqla, prosesdə xırda dəyişiklər baş verir. Nümunə olaraq sahə üzrə mütəxəssislər öncə müsahibə edir, daha sonra İR üzrə mütəxəssislər şəxsi keyfiyyətləri yoxlayır. Ənənəvi müsahibə növlərindən biri üzbəüz müsahibədir. Bu zaman namizəd həm sahə üzrə mütəxəssis, həm də İR mütəxəssisi ilə ayrıca təkbətək görüşür.
Bu zaman namizədlər təşkilatın 1 nümayəndəsi tərəfindən üzbəüz görüşə çağırılır və müsahibə adətən sahə üzrə menecerlər tərəfindən aparılır. Belə ki, işçi birbaşa kimlə işləyəcəksə, menecer həmin işçini özü qiymətləndirir.
Panel müsahibə zamanı namizəd bir neçə mütəxəssis tərəfindən qiymətləndirilir. Bu müsahibə növünün əsas məqsədi subyektivliyi aşağı salmaqdır. Kollektiv şəkildə qərar qəbul edilir və panelin hər bir üzvü işçiyə suallar verə bilər. Suallar verilərkən panel üzvlərindən biri qeydlər götürə, digəri isə namizədin bədən dili davranışlarını izləmə imkanı əldə edə bilir.
Davranış müsahibələrinin əsas məqsədi namizədin gələcək performansının yoxlanılmasıdır. Bu üzbəüz müsahibədir və keçmişdə baş vermiş hadisələrlə bağlı suallar verilir. Namizədin əsas üstün cəhətləri liderlik, şəxsi keyfiyyət və stress altında işləmə bacarıqları yoxlanılır.Keys müsahibələri: Bu müsahibə növündə müsahibə götürən namizədi hər hansı bir situasiya qarşısında qoyur.Namizəd situasiyanı görür və bunu həll etmək üçün həll yolu göstərir. Keys müsahibəsi namizədlərin analitik, riyazi, biznes bilikvə bacarıqlarını inkişaf etdirir.
Səriştə müsahibələrində namizədin iş ilə əlaqəli texniki/funksional bacarıqları yoxlanılır. Nümunə olaraq, tərcüməçi alman dili vakansiyası üçün müsahibə edilirsə,onu alman dilində müsahib etmək və ya müsahibə zamanı tərcümə etməsi üçün qısa məqalə vermək mümkündür. Bu növ müsahibə yalnız kiçik mütəxəssis vakansiyaları üçün müraciət edən namizədlərin funksional səriştələrinin yoxlanmasında daha üstün metod olaraq sayılır.
Adətən ilkin seçim müsahibələridir. Telefon müsahibələri ilə namizədlərin təhsil, təcrübə və ya ünsiyyət bacarıqları yoxlanıla bilir. Telefon müsahibələri az xərc tələb edən metoddur. Həmçinin təşkilatın müsahibə üçün daha az zaman xərcləməsinə vasitəçilik edir və bu zaman telefon müsahibələri ilə ilkin seçimdə namizədlərin ələnməsi həyata keçirilir. Üstün cəhəti budur ki, namizəd telefon müsahibəsi zamanı özünü üzbəüz müsahibə ilə müqayisədə daha yaxşı ifadə edə bilir.
Namizədlərin stress zamanında özlərini necə idarəetmələrini ortaya çıxarmaq üçün təşkil edilir.Hazırda çox az tətbiq edilən metoddur və bir neçə üsulla həyata keçirilir. Belə ki, namizədi praktiki olaraq, stressli situasiyada yoxlamaq olur. Həmçinin namizədlərə davamı suallar verərək,onların az bir zamanda düşünmə bacarıqlarını yoxlamaq mümkündür. Belə müsahibə növü ilə stressə tab gətirən ən yaxşı namizədləri seçmək mümkün olur. Mənfi cəhəti odur ki, bu növ müsahibə bütün vəzifələrə şamil edilmir. Nümunə olaraq,qaynaqçının stress vəziyyətdə işləməsinin yoxlanılması əhəmiyyət kəsb etmir.
Bəzən işəgötürənlər namizədləri nahar yeməyinə dəvət edirlər. Nahar yeməyində işçinin sosial bacarıqları, davranışları və təşkilata uyğunluğu yoxlanılır. Nahar müsahibələri adətən sonuncu və ya ikinci müsahibə olaraq təşkil edilir. Nadir hallarda ilkin müsahibələrdə namizədlər nahara dəvət edilirlər. Bu növ müsahibələr qeyri-formal mühitdə keçdiyi üçün işçinin şəxsi keyfiyyətləri, davranışları və özünü necə təqdim etməsi ortaya çıxır. Həmçinin bu növ müsahibələr zamanı namizədlər özünü daha rahat hiss edirlər və təşkilat barəsində öz suallarını verməyə cürətlənirlər.
Bu növ müsahibələrdə namizədlər 2 və daha çox müsahibələrə qatılırlar. İlkin müsahibədə namizədin uyğun olub-olmaması bəlli olandan sonra növbəti müsahibələrdə müvafiq olaraq davranış, tapşırıq və ya panel müsahibələri təşkil edilir. Bəzi təşkilatlar bu növ müsahibələri bir gün ərzində,digərləri isə bir neçə gün ərzində davam etdirir. Bu növ müsahibələrdə namizəd bir neçə aspektdən incələnir və hər bir səriştəliyi yoxlanılır. Mənfi cəhəti odur ki, namizəd yorulduğundan öz səriştəsini tam göstərməyə bilər.
Müsahibənin növündən asılı olmayaraq doğru hazırlıq və doğru cavablar əsasında istənilən müsahibəni müvəffəqiyyətlə yekunlaşdıra bilərsiniz.