Düzgün karyera yolunu müəyyənləşdirmək gələcək həyatınıza və xoşbəxtliyinizə böyük təsir göstərən bir qərardır. Günümüzdə isə əksər insanların, xüsusilə də gənclərin öz bacarıqlarına uyğun olan peşəni tapmaqda çətinlik çəkdiyini görürük. Buna görə də, bu gün sizə özünüzə uyğun olan peşəni tapmaq üçün 5 addım təqdim edəcəyik.
Özünüzü - güclü tərəflərinizi, dəyərlərinizi, şəxsiyyətinizi və bacarıqlarınızı tanıyın. Özünü tanımaq hansı karyera yolunun sizə ən uyğun olduğunu qərar verməyinizə kömək edəcək. Hansı peşə tiplərini daha çox sevdiyinizi kəşf edin, nəticələrinizi ixtisas seçimləri, perspektivli karyera yolları və təlim proqramları ilə uyğunlaşdırın. Bir işdə, məktəbdə və ya universitetdəki müvəffəqiyyətinizin və məmnuniyyətinizin şəxsiyyətinizlə necə əlaqəli olduğunu anlamaq üçün John Holland -ın Karyera Seçimi Teoremi haqqında oxuyun.
Siyahı tərtib etmək hətta ərzaq alış-verişi zamanı belə nizamlı olmağınıza kömək edir və vaxt itirmədən alış-verişi tamamlayırsınız. Xəyal etdiyiniz karyeranı tapmaq üçün ən yaxşı marşrutu tapmaq üçün seçimlərinizi diqqətlə sıralamalısınız. Maddi iş imkanları, təhsil və ya karyera yolları olmasının fərqi yoxdur, bütün seçimlərinizin siyahısını hazırlayın. Hər şeyi yazdıqdan sonra, doğru olmayanları ayırd edə və məqsədlərinizi dəqiq müəyyənləşdirə bilərsiniz.
Yaxşı bir mentorun gücü və bacarıqları karyeranızın inkişafına təkan verəcək. Doğru mentor, hansı sahədə olursa olsun, sizə yol göstərəcək və karyeranızı yüksəltməyə kömək edəcək. Araşdırmalar bunu təsdiqləyir ki, rəhbərlərin təxminən 80% -i uğurlarını mentorlarla işləməklə əlaqələndirirlər. Siz də uğurlu karyera məsləhətçisi ilə keçirəcəyiniz bir neçə seansa düzgün nəticəni əldə edə bilərsiniz.
Etdiyiniz test etibarlı olmalıdır. Test əslində sizə sadəcə bir nəticə verəcək, amma siz bir neçə test sınayaraq uzlaşan nəticələr əldə etməlisiniz.
Məntiqsiz görünə bilər, amma həqiqətən də haradan başlayacağınızdan əmin deyilsinizsə, karyera testləri yolunuzu kəşf etməkdə inanılmaz dərəcədə faydalı bir vasitə ola bilər. Nəzərə alın ki, düzgün karyera qiymətləndirməsinin iki əsas elementi var:
Nəticələri öz xeyrinizə necə istifadə edəcəyinizi bilməlisiniz. Potensial karyera siyahısını əldə etmək bir şeydir, lakin karyera qiymətləndirməsindən bir başlanğıc nöqtəsi olaraq istifadə etmək başqa bir şeydir. Unutmayın ki, karyera qiymətləndirməsi konkret bir yol deyil, bir vasitədir. Bunu istifadə etmək isə sizə bağlıdır.
Peşə seçimi elə bir seçimdir ki, uzun bir müddət bu seçimlə yaşayacaqsınız. Ona görə də, qərar verərkən çox diqqətli olmalısınız və həqiqətən özünüzü xoşbəxt hiss edəcəyiniz bir qərar verməlisiniz. Diqqətli olun ki, qərarınıza ətraf mühit təsir etməsin.
Xəyal etdiyiniz karyeranı tapmaq asan deyil və bu yol qorxulu ola bilər. Ancaq qorxunc olması o demək deyil ki, siz bundan qaçmalısız. Ömrünüz boyu iş yerinizdə nə qədər vaxt keçirəcəyinizi düşünün ,ortalama bir insan üçün bu müddət 90.000 saatdır. Sizi xoşbəxt edən, dəyərlərinizə uyğunlaşan, istedadlarınızdan faydalanacağınız və vaxtınızı öz xeyrinizə istifadə etdiyiniz bir iş tapmaq istəyirsiniz. Oraya çatmaq üçün gücünüz var və indi başlamaq üçün vasitələriniz var. Siz hazırsınızmı? Hazırsınızsa, aktiv vakansiyalara indi müraciət edin