AVRORA MMC “İctimaiyyətlə əlaqələr üzrə kiçik mütəxəssis (təcrübəçi)” vəzifəsi üzrə vakansiya elan edir! Əsas vəzifə öhdəlikləri: · Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR mətnlərin, məqalələrin yazılması;
· Sosial şəbəkələrdə və mediada şirkət haqqında məlumatların monitorinqi və hesabatların hazırlanmasında iştirak edilməsi; · Şirkət brendinin və təqdim etdiyi məhsulların tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaların təşkilində iştirak edilməsi; · Brendin nüfuzunun formalaşması, saxlanması və müdafiəsində iştirak edilməsi;
· Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrasında iştirak edilməsi; · Daxili kommunikasiya tədbirlərinin təşkilində iştirak edilməsi.
Tələb olunan bilik və bacarıqlar :
· Orfoqrafik yazı qaydaları üzrə mükəmməl səviyyədə biliklər;
· Analitik təhlil və proqnozlaşdırma bacarığı;
· Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
· Operativlik, dəqiqlik və yüksək icraçılıq qabiliyyəti. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· İctimaiyyətlə Əlaqələr və marketinq sahəsinə maraqlı olmalı;
· Müvafiq sahə üzrə müxtəlif kurs və təcrübə proqramlarında iştirak üstünlükdür;
· Azərbaycan dili mükəmməl, ingilis və rus dilləri üstünlükdür.
İş şərtlərimiz: ·
İş qrafiki : Tam iş günü (5 gün); ·
İş qrafiki : 09:00-18:00;
· İş yeri : Avrora MMC .
· Ezamiyyətlərə getmək imkanı.
Biz nə təklif edirik:
• İşçilərə qayğı proqramı;
• Peşəkar komanda mühiti;
• Nahar;
• Təlim və inkişaf imkanları;
• Ödənişli təcrübə;
• Təcrübə sonrasında namizədin sertifikatla təmin edilməsi;
• Təcrübə sonrasında uğurlu namizədin işlə təmin edilməsi. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İctimaiyyətlə əlaqələr üzrə kiçik mütəxəssis (təcrübəçi)” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.