“Rabitəbank” ASC, “Customer Care” təcrübə proqramına start verir!
Uğurlu karyera qurmağınız üçün Sizi aramızda Rabitə qurmağa dəvət edirik!
Bu proqram Sizə nələr qazandıracaq?
- Əməliyyat sahəsinə aid olan ARMB-nın və bankdaxili prosedur, qaydalarla tanışlıq;
- Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
- Bank məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
- Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak.
Proqramda iştiraka dair tələblər:
- Ali təhsil (İqtisadi yönümlü olması arzuolunandır);
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
- MS office proqramları üzrə bacarıqlar;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- İşgüzar xarici görünüş və tez öyrənmə qabiliyyəti;
Proqramda iştirak etmək istəyən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına “Customer Care İnternship” başlığı ilə göndərə bilərlər.
Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33