2022-ci il “SOCAR Polymer” yay təcrübə proqramına ərizə qəbulu başladı.
Təcrübəçilər 8 həftə ərzində Azərbaycanın ən müasir standartlara cavab verən neft-kimya müəssisələrindən birində işləyərək təcrübəli və peşəkar mütəxəssislərdən ən müasir bilik və bacarıqlar əldə etmə imkanı qazanacaqlar.
Socar Yay Təcrübə proqramı 8 həftə davam edəcək. Təcrübəçilər şirkətlə tanışlıqdan sonra real tapşırıqlar üzərində işləyən kollektivə qoşulacaqlar. Tələbələrə qəbul edildikləri təcrübə sahəsinin incəlikləri ilə yanaşı, müxtəlif təlimlər təşkil olunacaq, onlara mütəxəssislə görüşmək, eləcə də onlardan peşəkar rəy almaları üçün çoxlu imkan yaradılacaq.
Bu proqram insan resursları, materialların idarəolunması, texnologiya, laboratoriya, hüquq, İnformasiya Texnologiyaları, maliyyə, sənədlərin idarəolunması, SƏTƏM, texniki dəstəyin planlanması, mühəndislik, texniki dəstək, təchizat sahələri üzrə bilik, bacarıq və təcrübələrini artırmaq istəyən tələbələr üçün nəzərdə tutulub.
Təcrübəyə yalnız bakalavr pilləsinin son kursunda və ya magistraturada təhsil alan tələbələr müraciət edə bilərlər.
Təcrübə Proqramı müraciət linki
Qeyd edək ki, maksimum 2 təcrübə sahəsinə müraciət edilə bilər.
Müraciət üçün son tarix 30 apreldir.
Hər hansı sual olacağı təqdirdə internship@socarpolymer.az ünvanına e-mail vasitəsilə müraciət etməyiniz xahiş edilir.
Daha ətraflı məlumat üçün:
Ən son vakansiyalar 2022 üçün bizi izləməyə davam edin
Hər birinizə uğurlar arzulayırıq!
Call for applications for the 2022 Summer Internship Program
Interns are offered an 8-week-long opportunity to work at one of Azerbaijan’s most sophisticated petrochemical plants and to gain progressive knowledge and skills from experienced professionals.
Eligibility: students in the last year of their Bachelor Degree Program, or in any year of a Master’s Degree Program
Candidates can apply for maximum 2 positions within the internship.
Deadline for application: April 30
Questions are answered via email internship@socarpolymer.az
Good luck to everyone!