SOCAR AQS Şirkətinin Yay Təcrübə Proqramı – 2023
SOCAR AQŞ Şirkəti 2023-cü il Yay Tərübə Proqramı çərçivəsində 4 illik Bakalavr pilləsinin 3-cü və 5 illik Bakalavr pilləsinin 4-cü kurs tələbələrinə (son kurslar istisna olmaqla) aşağıdakı şöbələrdə çox maraqlı öyrənmə və inkişaf imkanlarını təklif edir:
- Qazma mühəndisliyi
- Əməliyyatlara dəstək xidmətləri
- Satınalma və təchizat zənciri
SOCAR Təcrübə proqramına Tələblər
Qazma mühəndisliyi:
- Neft və qaz mühəndisliyi fakültəsinin 4 illik Bakalavr pilləsinin 3-cü və 5 illik Bakalavr pilləsinin 4-cü kurs tələbələri (son kurslar istisna olmaqla)
- Güclü şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
- ÜOMG: 90+
- İngilis və Azərbaycan dil bilikləri yüksək səviyyədə
- Azərbaycan vətəndaşlığı
Əməliyyatlara dəstək xidmətləri:
- Sənaye və mülki tikinti, neft-qaz qurğuları mühəndisliyi və inşaat mühəndisliyi fakültələrinin 4 illik Bakalavr pilləsinin 3-cü və 5 illik Bakalavr pilləsinin 4-cü kurs tələbələri (son kurslar istisna olmaqla)
- Güclü şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
- ÜOMG: 80+
- İngilis və Azərbaycan dil bilikləri yüksək səviyyədə
- Azərbaycan vətəndaşlığı
Satınalma və təchizat zənciri
- Biznesin idarə olunması, iqtisadiyyat və digər aidiyyatı texniki fakültələrin 4 illik Bakalavr pilləsinin 3-cü və 5 illik Bakalavr pilləsinin 4-cü kurs tələbələri (son kurslar istisna olmaqla)
- Güclü şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
- İngilis və Azərbaycan dil bilikləri yüksək səviyyədə
- Azərbaycan vətəndaşlığı
Socar təcrübə proqramına Seçim prosesi
Addım 1: CV-nizi 1 may 2023-cü il tarixi, saat 18:00-dək recruitment@socar-aqs.com elektron poçt ünvanına göndərin. Nəzərə alın ki, yalnız növbəti mərhələyə seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Email-in mövzu (“Subject”) hissəsində müraciət etdiyiniz şöbənin adını aşağıda göstərildiyi kimi qeyd edin:
- Summer Internship 2023 – Drilling Engineering;
- Summer Internship 2023 – Operations Support Services;
- Summer Internship 2023 – Procurement and Supply Chain;
Addım 2: Testlər. Növbəti mərhələyə seçilən namizədlər ingilis dil biliyi səviyyəsini müəyyən etmək üçün yazılı ingilis dili imtahanına dəvət olunacaqlar.
*Qeyd: Qazma mühəndisliyi şöbəsinə müraciət edən namizədlər həmçinin yazılı texniki testə dəvət olunacaqlar.
Addım 3: Panel müsahibələri. Testlərdə qənaətbəxş nəticələr əldə etmiş namizədlər panel müsahibələrinə keçid alacaq. Panel müsahibələr müraciət edilən şöbələrin texniki mütəxəssisləri həmçinin İnsan Kapitalı şöbəsinin əməkdaşları tərəfindən birgə aparılacaq.
Addım 4: Seçim prosesinin yekunlaşması.
Online digital marketinq kursları