Karyera planlamasını gecikdirməyə ehtiyac yoxdur, daha yaxşı nəticə üçün 1-ci kursdan etməyiniz tövsiyə olunur. Karyeranızı planlaşdırmağa başlamaq üçün nə tez, nə də gec deyil. Elə indi başlaya bilərsiniz. Karyera planlaması nədir? Gələcək karyeranızda uğurlu olmağınız üçün qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün fəaliyyət planıdır.
İşləmədiyiniz zaman zövq aldığınız fəaliyyətləri nəzərdən keçirmək üçün də vaxt ayırmalısınız. Hobbiləriniz və sevdiyiniz işlər gələcək karyera seçimizinə istiqamət verə bilər. Bəzi insanlar hobbilərindən karyera qururlar və bu da işlərini daha çox sevmələrinə səbəb olur.
CV hazırlayarkən həmişə əldə etdiyiniz uğurları nəzərə almalısınız. Keçmiş nailiyyətlərinizi nəzərdən keçirmək, planlaşdırdığınız karyera dəyişikliyinə səbəb ola bilər. Məsələn, görürsünüz ki, artıq yeni məzun oldum və 2 aylıq marketinq üzrə təcrübə proqramında iştirak etmişəm. Sevdiyiniz və bacara biləcəyiniz sahədirsə, bu istiqamətə yönələ bilərsiniz.
Karyera dəyişikliyinə ehtiyacınız olduğunu düşünürsünüzsə, hər il karyera planlaması edin ki, sizi nə xoşbəxt edir, sizin üçün ideal maaş hansı sertifikatları va bacarıqları əldə etdikdən sonra olacaq.
Bəzən vakansiya adlarına o qədər qapılırsan ki, başqa karyera imkanlarını görmürsən. Necə ki, bizə orta məktəbdə “neft sahəsində pul var”, “müəllimlik ən yaxşı sahədir” deyib, ora fokuslanmağımıza səbəb olurlar. Tələbəlik dövründə də çoxu menecer olmaq istəyir. Bunun üçün də menecerə lazım olan yumşaq və sərt bacarıqlara yiyələnməlisiniz.
Özünüzü gələcəkdə təsəvvür etmək karyeranızı planlaşdırmağın təsirli bir yoludur. Bir ildən sonra harada olacaqsan? Beş ildə? 5 ildə özünüzü biznes sahibi kimi görürsünüzsə, özünüzü biznes mühitində yetişdirib real biznes təcrübəsi əldə etməyə çalışın.
İş və karyera uğurunuz üçün bir yol xəritəsi hazırladıqdan sonra özünüzə bu sualı verin. Qarşınıza məqsəd qoymadan uğur qazana bilərsinizmi? Bəli. Amma, məqsədlər qoysanız daha da uğur qazana bilərsiniz. Qısa və uzunmüddətli hədəflər qoyun. Karyera planlarınız irəlilədikcə və ya dəyişdikcə bu hədəfləri tənzimləyin. Əvvəlki hədəflərinizə çatdıqdan sonra yeni hədəflər inkişaf etdirməlisiniz. Məsələn, 6 ay ingilis dilini öyrənin, daha sonra imkan varsa, rus dilini. Sonra yeni məqsəd qoyun ki, yaxşı şirkətdə ödənişli təcrübə proqramlarında iştirak etməliyəm.
Bilik həmişə güc və uğur gətirir. Bir insan və bir işçi olaraq daha da öyrənmək və inkişaf etmək şansını qaçırmayın. Karyeranızı inkişaf etdirməyə və ya irəliləməyə kömək edəcək yenilikləri tapmaq üçün təhsil imkanlarını passiv olaraq qəbul etməkdən kənara çıxmalısınız. Hansı təhsil təcrübələrininizin karyera məqsədlərinizə çatmağınıza kömək edəcəyini düşünün. Potensial karyera qurma imkanlarını tapın və sonra bunları reallaşdırmaq üçün bir yol tapın.
Karyera planlamanızda Konkret bacarıqlara malik olsanız işlədiyiniz şirkət bağlansa və ya karyeranızı itirmiş olsanız əla bacarıqlara malik olduğunuzdan yeni iş tapmağınız sizin üçün çətin olmayacaq. Unutmayın ki, karyera yolunuz bu gün sürətlə yüksələ bilər, amma sabah kiçilə bilər. Xüsusilə karyera sahənizdə iş artımının gözlənildiyini görə bilməlisiniz. Bu meylləri bilməklə yanaşı, mövqeyinizi tənzimləmək və gücləndirmək gücünə də sahib ola bilərsiniz. Sizi karyeranızda başqalarından daha yaxşı etmək üçün daimi olaraq özünəməxsus bacarıqlara və biliklərə yiyələnməlisiniz. Uğurlu karyera üçün kitab oxumağı unutmayın, kitab bloqu üçün daxil olun.
Digital marketinq üzrə karyera üçün izləyin
Müəllif: Leyla Yusifova
Ekaryera- Kontent mencer