İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edir.
Təcrübə proqramı Dövlət Vergi Xidmətinin aşağıda adları qeyd olunan strukturları üzrə təşkil olunacaq:
Aparatın struktur bölmələri;
Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi;
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;
İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;
Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;
Ərazi vergi orqanları.
Yay Təcrübə Proqramının müddəti 2 ay olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək.
Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanının yaradılması;
Təlim və seminarlarda iştirak;
Təcrübə keçən tələbələrə sertifikatın verilməsi;
Təcrübə proqramını uğurla tamamladıqda Dövlət Vergi Xidmətində daimi işə qəbul olunma imkanı.
Azərbaycan Respublikasının vətəndaşı olmalı;
ADA Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Sumqayıt Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Lənkəran Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin tələbəsi olmalı;
3-cü və ya 4-cü kurs bakalavriat pilləsində, 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq, idarəetmə və ya informasiya texnologiyaları ixtisas istiqamətləri üzrə (ixtisasların siyahısı universitetlərin Karyera Mərkəzlərinə təqdim edilib) təhsil almalı;
Cari tədris ilinin son semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 85 baldan (4 ballıq sistem üzərindən 3,5-dən) yuxarı olmalıdır.
İstək (motivasiya) məktublarının qiymətləndirilməsi;
Keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirmənin aparılması;
2-ci mərhələdən uğurla keçən tələbələrin vergi sahəsi üzrə nəzəri biliklərinin artırılması üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində 10 günlük təlim kursunun keçirilməsi və yekunu üzrə qiymətləndirmənin aparılması;
Təlim kursunun yekunu üzrə qiymətləndirmədə yüksək nəticə əldə edən tələbələrin Dövlət Vergi Xidmətində təcrübəyə cəlb edilməsi.
Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 28.03.2022-ci il saat 09:00-dan 30.04.2022-ci il saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti, akademik transkript və istək (motivasiya) məktubu mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır. Namizədin müraciəti tecrube@taxes.gov.az elektron poçt ünvanına daxil olduqdan sonra 10 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcəkdir. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.
Müraciətləri qəbul edilmiş namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcək.
Təcrübə proqramları 2022 üçün izləyin
_____________________