Ram Holding şirkəti yeni vakansiya elan edir, şərtlər və işin təsviri ilə tanış ola bilərsiniz.
Vəzifə: Analitik-asistent
Vəzifə öhdəlikləri:
Mütəxəssislərin nəzarəti altında:
· İş analizləri etmək, müxtəlif metodlarla əməkdaşların iş yükünü hesablamaq
· Strukturların iş yükünü hesablamaq
· Vəzifə dəyərləndirmələri üçün iş funksiyalarının təhlilini etmək, vəzifələri tutan əməkdaşlarla müsahibələr və sorğular keçirmək
· Vəzifələrin tələblərini müəyyən etmək
· Müxtəlif İR sistemlərinin tərtibatında və güncəllənməsində iştirak etmək
· Biznes proseslərin iş axışı ardıcıllıqlarını, şərtlərini və asılılıqlarını təhlil etmək
· İşçi planlaması zamanı təkliflər vermək
· Təşkilati idarəetmə strukturunda dəyişikliklər zərurəti olduqda lazımi araşdırmaları və təhlilləri etmək
İş şərtləri:
Ünvan: Yasamal r, Mirəli Seyidov 23
Ə/h: 500 AZN
Maraqlanan namizədlər mövzu yerində “Analitik asistent” yazmaqla öz CV-lərini hr@ram.az ünvanına göndərə bilərlər
Namizədə dair tələblər:
· Ali təhsil (texniki fənnlər, mühəndislik ixtisasları, iqtisadiyyat, statistika, sosiologiya və s.)
· Hesabatvermə və ya analitika və ya planlama sahəsində 1 ilədək iş təcrübəsi
· Yaş aralığı 20 - 30
· Azərbaycan dili – yazı və danışıq mükəmməl, Rus və İngilis dili orta səviyyə
· MS office programları (Word, Excel – Sərbəst statistik hesablamalar edə biləcək səviyyədə)
· Güclü kommunikasiya bacarığı (izah edə bilmə, məlumatı düzgün ötürə bilmə, fikirlərini əsaslandıra bilmə bacarığı)
· Məsuliyyət götürə bilmə və ya gördüyü işin məsuliyyətini dərk etmə bacarığı
· Öz səviyyəsində problemləri həll etmə və ya həlli yolları təklifləri verə bilmə bacarığı
· Dəqiqlik, punktuallıq;