"AS İnşaat" MMC gənc mühasiblər üçün ödənişli təcrübə proqramı elan edir.
Tikinti layihəsi üzrə bütün əməliyyatların ilkin sənədləşmədən hazırlanaraq mühasibatlıq uçotunda tam əks olunması,
Məlumatların 1C sisteminə daxil edilməsi kimi işləri yerinə yetirəcəklər.
Təcrübəçilərlə əmək müqaviləsi bağlanaraq, onların yemək və nəqliyyat xərcləri qarşılanacaq. 3 ayın sonunda uğurlu iştirakçılar işlə təmin olunacaqlar.
Maraqlanan namizədlər CV-lərini "mühasib-təcrübə proqramı" başlığı ilə HR@asinshaat.az e-mail ünvanına göndərə bilərlər.
Ali təhsil ( mühasibat uçotu, audit və ya maliyyə üzrə)
MS Office, 1C bilikləri