Yarımştat Assistent tələb olunur.
- Yuxarıdakı kriteriyalara malik olan enerjili və pozitiv namizədləri öz CV və qısa motivasiya məktublarını 1 İyul 2022-ci il tarixinədək hr3dklubu@gmail.com elektron ünvanına göndərməyə dəvət edirik.
Tələbə və Magistrlar da müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
- Fəaliyyat istiqamətləri üzrə araşdırma və təqdimat;
- Mətnlərin yazılması və tərtibi;
- Ofisin idarə edilməsində iştirak;
- Görüşlərin, danışıqların və tədbirlərin təşkilində koordinasiya;
- Yazışmaların aparılması;
- Cari tapşırıqların icrası;
- Bölgələrə səfərlər.
Seçilən namizəd təxminən bir il ərzində öz şüur və dünyagörüşündə inqilabi dəyişikliklərə şahid olacaq, zəngin təcrübəli və maraqlı bir prosesin içində olacaq.
Məsuliyyətli, çevik və dürüst olduğuna əmin olan və inkişaf etmək istəyənlər buyursunlar!
İş vaxtı 1-5-ci günlər,
09:00-13:00 və ya 15:00-19:00.
Əmək haqqı müsabiqə nəticələrinə əsasən, qarşılıqlı razılaşma ilə müəyyən ediləcək.
Maraqlı olacaq!
3D Klubu– bir insan fəaliyyətinin bütün dövrünün – Düşüncə, Duyğu və Davaranışın vəhdətini ifadə edən bir biznes və düşüncə cəmiyyəti olub, faydalı fəaliyyəti, düşüncə gücünü, sağlam və zövqlü həyatı təbliğ və təqdim edir. Qarşılıqlı faydalı və maraqlı mübadilə platforması olan 3D Klubu öz əhatə dairəsində biznes əlaqələrini, fəal biznes netvorkinqini, özünü və ətrafı dərketməni, öz düşüncə gücünü tanımağı və ondan düzgün istifadə etməyi təşviq və təqdim etməyi əsas strategiyası olaraq qəbul edib. 3D Klubu öz fəaliyyətini forumlar, konfranslar, görüşlər, seminarlar, təlimlər, səfərlər, sərgilər, asudə vaxtın səmərəli və effektiv keçirilməsi üçün rəngarəng tədbirlər və s. formalarda həyata keçirir. Kvant Düşüncə təlimləri, digər təlimlər və seanslar əsas fəaliyyətlər arasındadır.
Tələblər:
- İnterneti və kompüteri sevən;
- Əsas MicroSoft Office Proqramlarını yaxşı bilən;
- Araşdırma və təqdimat bacarığı olan;
- Öyrənməyə və inkişafa meyilli olan;
- Azərbaycan dilində səlis yazı və nitq qabiliyyətinə malik olan;