Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.
SME şirkətində çalısmaq Azərbaycanın ən dinamik və perspektivli konsaltinq şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir.
SME şirkətinə “mühasib” üzrə təcrübəçi vakansiyası tələb olunur.
Struktur bölmə: Maliyyə departamenti
Vəzifə: Mühasib üzrə təcrübəçi
İş barədə məlumat:
Təcrübə müddətində oyrənilələcək vəzifə öhtəlikləri
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması,
- Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
İş şəraiti:
-İş qrafiki:
5 günlük iş qrafiki
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı: 100-200 AZN
- Karyera yüksəlişi imkanı.
- Müddətin sonunda təcrübəni üğurla keçən işə qəbul olunacaq.
Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@smeltd.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Mühasib təcrübəçi” adını qeyd etməyiniz xahiş olunur.
Namizədə tələblər:
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
-Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
-AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili arzuolunur
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramlar haqqında anlayış olmalıdır
- Fərdi keyfiyyət tələbləri: Öyrənmə həvəsi yüksək və maliyyə sahəsində təcrübə qazanmaq istəyi; Yüksək analitik qabiliyyətə malik olmaq; Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli olmalı; Müvafiq sahə üzrə yüksək motivasiya ilə yanaşma; Aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə); Fərdi və komandada işləmə bacarığı; Detallara qarşı diqqətlilik; Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları; Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.