"TBC Kredit" BOKT Mikro (biznes) kreditləri üzrə kiçik kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Öhdəliklər:
∙ Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
∙ Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək və onlara riayyət etmək
∙ Kreditləşmədə zəruri olan sənədləşməni və digər normativ sənədləri hazırlayıb həyata keçirmək
∙ Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlili
∙ Şirkətlərdə və müəssisələrdə təqdimatların həyata keçirilməsi
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Əgər sizdə karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV- nizi 25 dekabr 2021-ci il tarixinədək hr@tbckredit.az ünvanına mövzu (subject) sətrində "Mikro (biznes) kreditləri üzrə kiçik kredit mütəxəssisi" qeyd etməklə müraciət edə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
∙ Ali təhsil
∙ Azərbaycan dilində səlist danışıq qabiliyyəti
∙ Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır
∙ Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
∙ Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
∙ İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
∙ Müştərini cəlbetmə bacarığı.