SME şirkətinə “Korporativ - Hüquqşünas” vakansiyası tələb olunur.
Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.
SME şirkətində çalısmaq Azərbaycanın ən dinamik və perspektivli konsaltinq şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir
İş barədə məlumat:
• Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
• İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
• Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
• Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
• Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
• Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət edilməsi;
İş şəraiti:
• Əmək haqqı: 500 azn (Net), əmək haqqı artandır.
• İş qrafiki : Tam iş günü (5 gün)
• Karyera yüksəlişi imkanı.
Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@smeltd.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Korporativ-hüquqşünas” adını qeyd etməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Namizədə tələblər:
- Təhsili/ixtisası: Hüquq üzrə ali təhsil
- Cins: Qadın
- Dil bilikləri: Azərbaycan və rus dili - mükəmməl
• - Kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
- Fərdi keyfiyyət tələbləri: Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli və axtarış aparmaq qabiliyyətinə malik olmalı; Müvafiq sahə üzrə yüksək motivasiya ilə yanaşma; Detallara qarşı diqqətli və operativ; Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.