İş haqqında məlumat
2003-cü ildə qurulmuş “RİCON” MMC, ixtisaslaşmış bir təşkilat olaraq enerji obyektlərinin inşası,meliorasiya, sənaye və mülki inşaatı ilə məşğul olmuş, ölkəmizdə bir çox mühüm layihələr həyata keçirmişdir. Uzun illərdir fəaliyyət göstərərək yüksək ixtisaslı mütəxəssislər və mühəndislər yetişdirmişdir.Sənaye, mülki və ictimai obyektlər, habelə sənaye obyektlərinin əsas və köməkçi avadanlıqlarının quraşdırılmasında iştirak etmişdir.
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi
- Yeni müştəriləri şirkətə cəlb etmək (Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq)
- Şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün informasiyanın verilməsi
- Şirkətin sosial media hesablarının idarə edilməsi ( Facebook, İnstagram, LinkedIn)
- SMM təhlillərinin aparılması
- Sosial media hesablarına gələn mesaj və rəylərin anında cavablandırılması.
- Sosial şəbəkə üzərindən müştəri məmnuniyyəti yaratmaq
- Marka yaradılması (brendinq) və inkişafı yolunda planların qurulması
- Şirkəti sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifəsinin daha çox tanıdılması və inkişaf etdirilməsi
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması
- Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun aylıq yaradılması.
- Aylıq post-planın hazırlanması.
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz edilərək hesabatların hazırlanması.
- Layihələr üçün araşdırmaların edilməsi, yeni ideyaların hazırlanması, təkliflərin verilməsi
- Şirkətin saytının idarə olunması - sosial media xəbərləri üçün şəkil və mətnin hazırlanması
Tələblər
- Humanitar ixtisası üzrə ali təhsil
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
- Satiş və digital marketing üzrə biliklər
- Sosial şəbəkələrlə işləmək bacarığı
- Xüsusi Kompyuter bilikləri – Photoshop, İllustrator, PowerPointDil bilikləri:
- Dil bilikləri:Azərbaycan, İngilis və Rus
- Məsuliyyət, təşəbbüskarlıq,çeviklik,nəticə yönümlülük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Əmək haqqı: Bazar qiymətlərinə uyğun olaraq müsahibə əsnasında müəyyən olunacaq.
İş qrafiki: 5 günlük
CV Azərbaycan dilində təqdim olunsun
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Satış və Digital marketinq mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.