AVİS Tibbi Marketlər Şəbəkəsinin fəaliyyəti pərakəndə əczaçılıq sektorunda birbaşa müştəriyə xitab edir. Daim yüksək keyfiyyətli məhsul və xidmətlərə üstünlük verən şirkətimiz əsasən 4 istiqamətdə fəaliyyət gostərir:
Aptek
Tibbi market
Optika
Eşitmə Mərkəzi
AVİS Tibbi Marketlər Şəbəkəsi olaraq müvəffəqiyyət qazanmağımızın səbəblərindən biri, əsas işimizin əczaçılıq olmasından qaynaqlanır. Şirkətimiz Optika, Tibbi market, Aptek və Eşitmə mərkəzi olaraq bu sahədə təcrübəli mütəxəssislərimiz vasitəsilə etibarlı və müştəri məmnuniyyətini ön planda tutaraq, gələcəyə doğru irəliləməkdədir.
AVİS Tibbi Marketlər Şəbəkəsi, hər zaman müştərilərə yüksək keyfiyyətli, dövlət standartlarına uyğun dərman vasitələrini təqim etməyə çalışır.
Əsas işimiz insan sağlamlığı olduğu üçün, çox diqqətli davranmaq məcburiyyətindəyik. Mağazalarımızda insanların istədikləri, ehtiyac duyduqları, Azərbaycan bazarında mövcud olan bütün məhsulları təqdim etməyə çalışırıq.
- İş rejimi : 6 günlük iş həftəsi və tam iş qrafiki
- İstirahət günü : həftədə 1 gün
- Oftalmologiya ixtisası üzrə ali tibbi təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
- Texniki biliklər:ofis proqramlarınında çalışa bilən
- Tam iş qrafikinə uyğunluq
Qeyd : müraciət edənlər cv formalarını "oftalmoloq" başlığı ilə hr@avismed.az ünvanına göndərə bilərlər