İş haqqında məlumat
- Kimyəvi analizlərin aparılması, maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi, birləşmələrin kimyəvi quruluşunun öyrənilməsi, plana əsasən dəqiqlik, yüksək həssaslıq və analiz seçiciliyinin təyin edilməsi.
- Xammalın keyfiyyətli və onun verilmiş məhsulun buraxılması üçün yararlılığının müəyyən edilməsi.
- Yarımməhsulların tərkibinin tənzimlənməsi və tərkibinə nəzarət, hazır məhsulun keyfiyyətinin müəyyən olunması.
- İstehsalatda tullantıların kimyəvi analizlərinin aparılması, ətraf mühitin təhlükəsizliyinə nəzarət.
- Analitik kimyanın nəzəri əsaslarına əsasən vəsfi və miqdarı analizin aparılması.
- İstifadə olunan üsullarla analizi mikroobyektlərdə (mikrokimyəvi analiz), nöqtədə, səthdə (lokal analiz), nümunədən asılı məsafədə (distansion analiz) axında fasiləsiz analiz və komponentin faza analizinin aparılması
- Nümunələrin korlamadan aparılması və eləcə də kimyəvi birləşmələrin düzgün fazasının təyin olunması.
- Kimyəvi analizlərin nəticələrinin riyazi hesablanmalarının həyata keçirilməsi,
- İstehsalat prosesində məhsulların keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət etmək,
- Labarotoriya proseduru və standartlarına uyğun müxtəlif maddələrlə işləmək bacarığı,
- Labarotoriyada olan cihaz və alətlərin, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilmək.
İş günləri: Həftənin 6 günü, saatı: 9:00 – 18:00, şənbə qısaldılmış iş günü, istirahət bazar günü.
Nahar şirkət tərəfindən verilir
Korporativ telefonilə təmin edilir
Ünvan: Bakı şəh. Babək pr.
Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını Azərbaycan dilində göndərsinlər .
Müraciət etdiyiniz vakansiyanın adını email-in mövzu hissəsində (Kimyaçı) kimi yazaraq vakansiyaya müraciət edə bilərlərvakansiyaya müraciət edə bilərlər.
Tələblərin şərtlərinə cavab verməyən namizədlərin müraciətlərinə baxılmayacaq.
Tələblər
- Təhsil: Ali (Analitik Kimya sahəsində)
- İş təcrübəsi: İstehsalat sahəsində azı 5 il
- Dil bilikləri: Azərbaycan dili sərbəst (rus və ingilis dili arzuolunandır)
- Kompüter proqramlarında işləmə bacarığı
- Yaş həddi: 30-50
- Əmək haqqı: Namizədin bilik və bacarığından asılı olaraq