İş barədə məlumat:
- Fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi qovluqların hazırlanması işini aparır
- Müştərilərin müraciətinə əsasən onlara aid cari hesablara, plastik kartlara müvafiq qaydada mədaxil və məxaric əməliyyatları aparır
- Müştərilərin müraciətlərinə əsasən təcili pul köçürmə sistemləri üzrə əməliyyatları aparır
- Müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edir
- Müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin edir
- Müştərilərin banka təqdim etdiyi sənədlərin qorunub
saxlanılmasını təmin edir
• İş qrafiki həftədə beş gün I-V günlər saat 09:00-dan 18:00-dək
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Fiziki və hüquqi şəxslər üzrə əməliyyatçı" qeyd edərək CV-lərini cv@bankavrasiya.az elektron ünvanına göndərmələri xahiş olunur.
Namizədə tələblər:
- İqtisadiyyat üzrə ali təhsil
- Bank sektorunda azı 2 il iş ştajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı