SOYUQ ZƏNG MENECERI ÜÇÜN VAKANSIYA
Biz RiF ofis mebeli şirkətiyik. Ofis və ev üçün yüksək keyfiyyətli ofis mebellərinin istehsalı və satışı ilə məşğuluq.
Biz 2008-ci ildən işləyirik. Müştərilərimizə effektiv iş mühitini təchiz etməyə kömək edir, münasib qiymət və yüksək keyfiyyətli məhsullarla təmin edirik.
Biz departamentimizi genişləndiririk, buna görə də sizi "Soyuq zəng menecerləri" komandamıza qoşulmağa dəvət edirik.
Şirkətimizdə sizi nə gözləyir?
- İşə başlayan gündən etibarən siz bir həftə intensiv və maksimum dərəcədə peşəkar təlimlər əldə edirsiniz. Real, müştəriləri daha effektiv cəlb etməyinizə kömək edəcək ən yaxşı məşqçilərin vacib məlumatları
- Müstəqil təsir göstərə bilən gəlir səviyyəsi. Müştəriləri əməkdaşlığa nə qədər çox cəlb edib, onların çekləri nə qədər yüksək olur, gəlir də bir o qədər artır
- Əmək haqqı aşağıdakılardan ibarət olacaq: Ə\h + bonus + menecer tərəfindən cəlb olunan müştərilərdən satış % )
- Nəticəyə fokuslanan komanda. Sizin rəhbəriniz daim sizin kuratorunuz olacaq və hər hansı bir vəziyyətdə necə hərəkət etməli olduğunuzu həmişə sizə deyəcək və maksimum nəticə göstərməkdə kömək edəcəkdir
- Peşəkar komanda, hansında ki, iş qarşılıqlı hörmət prinsipləri əsasında qurulur
- Bakı şəhərinin mərkəzində, Olimpik Starın yaxınlığında ofis;
- İş günü 9:00-dan 18:00-dək, istirahət günü - bazar gunu
- Rəsmi iş yeri
Bizim üçün vacib olan nədir?
- Azərbaycan və rus dilləri üzrə biliklər
- Oxşar vəzifədə minimum 1 il iş təcrübəsi
- Ofis mebeli sahəsində təcrübə üstünlük olacaq
- İnsanlara zəng etməyi və ünsiyyət qurmağı sevirsiniz, çətinliklərdən qorxmursunuz və bu sahədə özünüzü inkişaf etdirməyə hazırsınız
- Yüksək effektivlik - maneələrə baxmayaraq, məqsədlərə vaxtında nail olmaq bacarığı
Nə etmək lazımdır?
- B2B müştərilərinin axtarışı
- Gündəlik müntəzəm, effektiv zənglər etmək - ən azı 25 zəng etmək
- Mütəmadi olaraq yeni müştəriləri görüşlərə cəlb etmək və planı həyata keçirmək
- Daim öyrənmək və öz biliklərini təkmilləşdirmək
- Elektron məktub qəbul etmək
- Əməkdaşlarla məktublaşma
- Ofis sənədlərinin emalı
Əgər Siz bizim qədər satmağı xoşlayırsınızsa, soyuq zənglərdən qorxmursunuz və yenilikləri öyrənməyə hazırsınız. CV-zi göndərin və iş təklifinizi mümkün qədər tez alın. hr@rifmebel.com