İş haqqında məlumat
AFB Bank Əməliyyatlar strukturunun Ödəniş kartları sahəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir
“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti 28 noyabr 2008-ci il tarixdə Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış, 16 fevral 2009-cu ildən etibarən fəaliyyətə başlamışdır. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankından aldığı bank lisenziyasında qadağan edilməyən bütün fəaliyyət növləri ilə məşğul olur. Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli, az riskli və ölçülü fəaliyyətə üstünlük verir. Bütün bunları nəzərə alaraq, Sizi əməkdaşlarının peşəkar inkişafına daim dəstək olan AFB Bank ailəsinə qoşulmağa dəvət edirik.
İşin təsviri:
- Yeni layihələr üzrə ilə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
- Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
- Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
- VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
- VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
- E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
- Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
- Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
- Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
- Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
- Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə mütəxəssis / aparıcı mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Tələblər
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Sahə üzrə sertifikatların olması üstünlükdür;
- Nəticəyönümlülük, dəqiqlik, problem həlletmə bacarığı, əməliyyat çevikliyi.