İş haqqında məlumat
- Vəkilə daxil olan müraciətləri təhlil etmək, onların icrasına dair təklif hazırlamaq, müştərilərə peşəkar şifahi hüquqi məsləhət vermək;
- Vəkilin daxili sənədləri ilə işləmək, işlər barədə Vəkilə məruzə etmək, sənədlərin hazırlanmasında bilavasitə iştirak etmək və hüquqi məsləhətlər vermək, işləri sistemləşdirmək və arxivləşdirmək;
- Vəkil tərəfindən digər təşkilatlara, dövlət orqanlarına göndərilən məktubların tərtib olunması, onların göndərilməsini təmin etmək və bu barədə Vəkilə məruzə etmək;
- Vəkil tərəfindən həyata keçirilən iş bölgüsünə əsasən Vəkilə müraciət etmiş şəxslərin sənədlərini araşdırmaq, dərkənarda qeyd olunmuş müddət ərzində hüquqi xidmətin həyata keçirilməsində kömək etmək;
- Vəkilə müraciət edən şəxslərin tapşırığı ilə məktubların, vəsatətlərin ərizələrin, şikayətlərin, iddia ərizələrinin apellyasiya və kassasiya şikayətlərinin layihələrini tərtib etmək və təsdiq edilməsi üçün Vəkilə məruzə etmək;
- Vəkil tərəfindən verilmiş gündəlik tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsini təmin etmək.
Tələblər
- Ali hüquq təhsili; (magistratura pilləsində təhsil almış şəxslərə üstünlük veriləcək)
- 1 ilədək hüquq sahəsində təcrübə (namizədin şifahi müsahibə zamanı tərəfindən müəyyən olunmuş tələblərə cavab verdiyi təqdirdə iş təcrübəsi tələb olunmur)
- Yaş həddi – 22-30;
- Ofis proqramlarından (Microsoft Office, Word, Excell, Outlook) sərbəst istifadə etmək; qabiliyyəti (xüsusilə word proqramını dəqiq bilməli və surətli yazma qabiliyyəti olmalıdır)
- DİL BİLİKLƏRİ : RUS DİLİ, İNGİLİS DİLİ ARZUOLUNANDIR
- Ofis avadanlıqları ilə işləmək bacarığı; (printer, skaner və s.)
- Təşkilatçılıq və analitik düşüncə bacarığı;
- Sənədlərlə və vətəndaşlarla iş bacarığı;
- Ünsiyyətcil, stres altında işləmə və komanda şəklində işləmə bacarığı;
Qeyd: Vəkilə hüquqi stajını və hüquqi biliklərini artırmaq istəyən, hüquqşünaslar axtarırırıq.
Əmək haqqı: 400 AZN
İş yeri: Gəncə şəhəri, Zərifə Əliyeva pr.
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək (Nahar fasiləsi – 13:00-dan 14:00-adək)
Son müraciət tarixi: 01.10.2022
Xahiş olunur CV-lərinizi email ünvanına göndərəsiniz. Xahiş olunur məktubun mövzu hissəsində hüquqşünas qeyd edəsiniz. (şəkilsiz CV-lər qəbul olunmayacaq)
Əlaqə: 0552158006, 0776083564 Sənan Ərəbov