Vakansiya: Biznes və İqtisadiyyat müəllimi
"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC məktəbinin İngilis Bölməsinə Biznes və İqtisadiyyat müəllimi vəzifəsi üçün vakansiya mövcuddur.
Tələblər:
• Biznes, İqtisadiyyat və ya Maliyyə ixtisası üzrə Bakalavr dərəcəsi
• İngilis dili bacarığı (minimum B2)
• İKT bacarıqları (Microsoft Word Document, Microsoft PowerPoint Presentation, email, internetdə araşdırma, ağıllı lövhədən istifadə və s.)
Əsas vəzifələr:
• Biznes və İqtisadiyyat fənlərinin həftəlik tədrisi (15 saat)
• Beynəlxalq Kembric Proqramı (IGCSE və AS/A Level) üzrə dərsləri təşkil etmək
• Dərsin plan və proqramını hazırlamaq
• Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq
Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:
• 500+ Universitet qəbul balı
• Bakalavr İxtisası üzrə yüksək qiymətlər
• Yüksək ingilis dili bacarığı
• Ünsiyyət bacarıqları
• Xaricdə təhsil/iş təcrübəsi
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.
https://www.21esr.com/career/jobaz/vacancy/30-biznes-va-iqtisadiyyat-muallimi
Namizəddə axtarılan xüsusiyyətlər:
• İxtisas üzrə ən azı 2 il müəllimlik təcrübəsi
• 14-17 yaşlı şagirdlərlə işləmə həvəsi və bacarığı
• Biznes və İqtisadiyyat üzrə Beynəlxalq tədris proqramları (Cambridge International IGCSE, AS/A-Level) ilə bağlı məlumatlılıq
• Məktəbin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi
• Pedaqoji kollektivlə işləmə bacarığı
• Pozitiv və effektli ünisyyət bacarığı
• Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı
Bakı şəhəri
https://www.21esr.com/career/jobaz/vacancy/30-biznes-va-iqtisadiyyat-muallimi