SAS medical şirkəti tibbi avadanlıqların satışı, icarəsi və təmiri sahəsinde fealiyyət gostərir. Hazırda şirkətin marketinq fəaliyyətlərinə nəzarət edəcək marketinq meneceri yeni müştərilərin tapılması və əlaqələrin qurulması üçün çalışacaq.
İş yeri: Nərimanov rayonu Albert Aqarunov küçəsi 14a-22b (MediStyle Hospital yanı)
- İş qrafiki: I-VI günlər
- İş saatı: 10:00-dan 18:00-dək, şənbə ( 10:00-dan 14:00-dək)
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır
- Əmək haqqı: 800 azn + bonus
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vəzifə barədə məlumat:
- Məhsulların təqdimatını keçirmək
- Ehtiyac olduğu halda müştərilərlə telefon əlaqəsi saxlamaq, zəruri olduğu halda isə görüş təşkil etmək
- Təklifləri tələb olunan dildə hazırlamaq və lazımi tənzimləməni etmək
- Sosial şəbəkələrin aktiv idarə edilməsi
- Paylaşımların mətnlərinin hazırlanması
- Postların hazırlanması, dizayn edilməsi
- Reklamların yerləşdirilməsi
- Rəhbərliyin tapşırığını düzgün və operativ yerinə yetirmək
- Satış hədəflərini yerinə yetirmək
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və təqdim etmək
- Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak etmək
- Komandada işləmə bacarığı
- Ali təhsil (marketinq yaxud biznes sahəsi üzrə olanlara üstünlük veriləcək)
- Ən az 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl etməlidir
- Facebook, Instagram üzrə istifadəçi təcrübəsi, paylaşımların olunması, ehtiyac olduqda reklam yaratmaq
- Şirkətin sosial şəbəkə hesabları üçün postların hazırlanması
- Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Tibb müəsələri üzrə, satışı üzrə təcrübəyə malik şəxslərə üstünlük veriləcək
- Aktiv və çalışqan