Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.
SME şirkətinə “Aparıcı mühasib” tələb olunur.
İş barədə məlumat:
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Vergi, Vahid bəyannamələrin hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
- ƏDV hesabatlarının tərtib edilib göndərilməsi
- Bank əməliyyatlarının idarə olunması
- Digər, qanunvericiliyə uyğun olaraq sənədlərin hazırlanması və s.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki.
- Əmək haqqı: 600-800 AZN
- Karyera yüksəlişi imkanı.
- Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində)
- İş təcrübəsi: Mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili arzuolunur
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramlarla sərbəst işləmək
- Fərdi keyfiyyət tələbləri: Analitik təhlil bacarığı. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@smeltd.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Aparıcı mühasib” adını qeyd etməyiniz xahiş olunur.