- Həftə içi 5 gün stabil iş rejimi (saat 09:00-dan 18:00-dək), şənbə - bazar istirahət günləri
- Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılması
- E-Qaimə fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- ƏDV,ÖMV, DSMF və Statistika hesabatlarının aidiyyatı orqanlara göndərilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması
- Qanunvericiliklə tələb olunan digər əməliyyatlar
- Ali təhsil (maliyyə və mühasibat sahələrinə üstünlük verilir)
- Yaş həddi: 22 - 45
- Minimum 3 il iş təcrübəsi
- AR Vergi və Əmək məcəlləsini yüksək səviyyədə bilməsi
- AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləridən məlumatlı olmaq
- Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq
- Məsuliyyətli və məsələlərin həllində təşəbbüskarlıq
- Analitik təhlil etmə və proaktiv düşünmə bacarığının olması
Mühasibatlıq üzrə istehsal, ticarət və xidmət sahələrində təcrübə əldə etmiş namizədlərə üstünlük veriləcəkdir.
- Maraqlanan namizədlər info@paychi.az ünvanına cv formlarını göndərə bilərlər.