- Hüquqi sənədlərin tərtib edilməsi
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması
- Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və dirər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək
- Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq və şirkət daxilində müqavilə işində iştirak edən əməkdaşlar tərəfindən prosedur qaydalara əməl edilməsinə nəzarət etmək
- Müqavilə bağlanılmasına aid zəruri görüş və danışıqlarda iştirak edilməsi
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması
- İş qrafiki: danışıq əsasında
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Hüquqi nitq və yazışma qabiliyyəti
- Müvafiq sahədə təcrübəyə malik olması
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı(rus dili üstünlükdür)
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı