Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC bütün tələbələrə və bank sahəsi ilə yaxından tanış olmaq istəyən namizədlərə təcrübə toplamaq üçün yeni imkanlar yaradır.
Əgər siz özünüzü aşağıdakı tələblərə uyğun hesab edirsinizsə, onda bu imkanı əldən qaçırmayın! 😉
Təcrübə proqramının Bakı və Gəncə filiallarında keçirilməsi nəzərdə tutulub. Layihə 3 ay davam edəcək və part time iştirak etmək imkanı yaradılacaqdır.
Son müraciət tarixi: 22.12.2021
Yuxarıda sadalananlar səni təsvir edirsə, o zaman dərhal career@rabitabank.com e-poçt ünvanına “Helping Hands təcrübə proqramı” başlığı ilə müraciət et! Uğurlu başlanğıclara birgə imza ataq. 💚
Biz kimləri axtarırıq?
✅ Mükəmməl rus dili biliyinə malik olmaq,
✅ Bank sahəsi ilə tanış olmaq arzusu,
✅ Təcrübə qazanmaq istəyən,
✅ Müştəriyönümlülük,
✅ Stressə davamlılıq,
✅ Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.