İş haqqında məlumat
Təcrübə proqramında iştirak etməklə, Siz logistika, beynəlxalq karqo yükdaşımaları sahəsində hüquqi biliklərinizi tətbiq edərək, iş prosesində yeni bilik və bacarıqlara yiyələnmək şansı əldə edəcəksiniz.
Sizə nə təklif edirik?
- Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
- Nəqliyyat, yükdaşımalar, beynəlxalq yükdaşıma prosesləri sahəsində sənədlərlə işləmək imkanları;
- Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
- Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
- Görüş və təqdimatların təşkili, iştirak;
- Müştərilər ilə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
- Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 15 yanvar 2022-ci il tarixinədək, mövzu hissəsində “Hüquq sahəsində təcrübə proqramı” yazmaqla cv@absheronport.az göndərməyiniz xahiş olunur.
Tələblər
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
- Hüquq sahəsində ali təhsil;
- Azərbaycan dili əla səviyyədə, Rus dili orta səviyyədə, İngilis dili arzuolunandır;
- MS Offise proqramlarında, xüsusilə Word -də yüksək səviyyədə iş bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
- Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.