- Müştəri ilə analitik müzakirələrin aparılması, tələblərin müəyyən edilməsi, eləcə də yaranan məsələləri təhlil edərək sənəd halına salaraq təqdim etmək
- Proqram təminatlarının ekspertizası, mövcud və yeni funksionallıqların testləşdirilməsi və nəticələrin sənəd halına salınması
- Proqram təminatını analiz edərək boşluqların aşkar ediməsi və yeni funksionallıqların təklifi
- İstifadəçi təlimatlarının, texniki tapşırıqların və digər texniki sənədlərin hazırlanması, məsələlərin sxeminin çəkilməsi
- Proqram təminatında lazımi konfiqurasiyaların aparılması və sistemlərin sazlanması
- Məhsulların və yeni funksionallıqların müştəriyə təqdimatının keçirilməsi
- İş rejimi həftənin 5 günü, 09:00 – 18:00
- Əmək haqqı fərdi qaydada təyin edilir
- İnformasiya texnologiyaları üzrə ali təhsil
- Minimum 1 il biznes analitik və ya tester vəzifəsində iş təcrübəsi
- Microsoft Word, Excel, PowerPoint proqram təminatını yaxşı bilmək
- Azərbaycan dilini danışıq və yazı səviyyəsində yaxşı bilmək
- Komandada işləmə bacarığı, məsuliyyətli, operativ və problem həll etmə bacarığı
- Windows əməliyyat sistemini istifadəçi səviyyəsində yaxşı bilmək
- Analitik təfəkkür, müştəri ilə aktiv müzakirələr apara bilmək qabiliyyəti, müştəri tərəfindən qoyulmuş məsələləri təhlil edib, sənəd halına sala bilmək bacarığı vacibdir
- Proqramlaşdırma dilləri, verilənlər bazalarından məlumatlı olmaq üstünlük sayılır
- İngilis dilində texniki ədəbiyyatı oxuyub başa düşəcək səviyyədə biliklərin olması üstünlük sayılır
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Tətbiq üzrə mütəxəssis" qeyd edərək CV-lərini hr@sinam.net elektron ünvanına göndərmələri xahiş olunur.