İş haqqında məlumat
Sinteks Şirkətlər qrupuna hal hazırda Layihələrin idarəedilməsi üzrə mütəxəssis tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu əlaqələrin qurulmasından işin başa çatmasına qədər, o cümlədən layihənin planlaşdırılması, koordinasiyası və yerinə yetirilməsi, tenderin təşkili, müqavilə üzrə danışıqlar, şərtlərin müzakirəsi, təchizatçılara nəzarət və s. layihələrin yerinə yetirilməsindən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Bütün mümkün vasitələrdən istifadə etməklə biznes ünsiyyəti həyata keçirir
- Tenderlərin, biznes görüşlərin, danışıqların aparır
- Layihə təchizatçıları və töhfə verənləri əlaqələndirir və onlara kömək edir
- Müqavilə imzalanana qədər hüquqşünaslarla layihə çərçivəsində müqavilə danışıqlarını aparır
- Layihələrə nəzarət edir və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyaya kömək edir
Tələblər
Təhsil:
- Biznes/İqtisadiyyat fənləri üzrə bakalavr dərəcəsi və ya satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə ali təhsil və sertifikatlaşdırma
Təcrübə:
- Satınalma / təchizat zənciri/ layihənin idarə olunması sahəsində minimum 1 il təcrübə
Professional biliklər:
- Satınalma/Təchizat Zənciri
- Layihənin idarə olunması
- Səlis İngilis dili
- MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
- Biznes ünsiyyət
- Danışıqlar aparmaq bacarığı
- Zamanın idarə olunması
- Tədqiqat bacarıqları
- Analitik bacarıqlar
- Nəticə yönümlülük
- Proaktiv düşüncə
- Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin idarəedilməsi üzrə mütəxəssis” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.