Asistent tələb olunur
3D Klubu: “Duyğu”, “Düşüncə” və “Davranış” vəhdətindən yaranmış bir "Business Networking" cəmiyyətidir.
Vəzifə öhdəlikləri
- Fəaliyyat istiqamətləri üzrə araşdırma və təqdimat
- Mətnlərin yazılması və tərtibi
- Ofisin idarə edilməsi
- Görüşlərin, danışıqların və tədbirlərin təşkilində koordinasiya
- Yazışmaların aparılması
- Cari tapşırıqların icrası
Seçilən namizəd təxminən bir il ərzində öz şüur və dünyagörüşündə inqilabi dəyişikliklərə şahid olacaq, zəngin təcrübəli və maraqlı bir prosesin içində olacaq.
Məsuliyyətli, çevik və dürüst olduğuna əmin olan və inkişaf etmək istəyənlər buyursunlar!
İş vaxtı 1-5-ci günlər saat 10.00-18.00 (13.00-14.00 - nahar fasiləsi)
Şənbə günü 10.00-14.00
Əmək haqqı müsabiqə nəticələrinə əsasən, qarşılıqlı razılaşma ilə təyin edilir.
Maraqlı olacaq!
Tələblər
- İnterneti və kompüteri sevən
- Əsas MicroSoft Office Proqramlarını yaxşı bilən
- Araşdırma və təqdimat bacarığı olan
- Öyrənməyə və inkişafa meyilli olan
- Azərbaycan dilində səlis yazı və nitq qabiliyyətinə malik olan
- Yaşından və cinsindən asılı olmayaraq, yuxarıdakı kriteriyalara malik olan enerjili və pozitiv namizədləri öz CV və qısa motivasiya məktublarını 30 dekabr 2021-ci il tarixinədək hr3dklubu@gmail.com elektron ünvanına göndərməyə dəvət edirik.