Sinteks Şirkətlər qrupuna hal hazırda Satış Təmsilçisi tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışı həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
- İş əsnasında şirkətin peşəkar satış texnikasını öyrənir və effektiv şəkildə istifadə edir
- Satış zamanı şirkətin müştəri xidmətləri standartlarına uyğun xidmət göstərir
- “Total look” satışlarının ideyasını tətbiq edir
- Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
- Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
- Şirkətə məxsus əmlaklarının qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini məlumatlandırır
- Müştəri şəbəkəsini yaradır və inkişaf etdirir
Professional Biliklər:
- Müştəri xidməti
- Satış texnikası
Professional Bacarıq və Kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Satış bacarıqları
- Stressə davamlılıq
- Məsuliyyət
- Məqsədyönlülük
Təhsil:
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
İş Təcrübəsi:
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi