Vəzifə öhdəlikləri:
· Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatlar aparmaq;
· Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotunu həyata keçirmək;
· Avans hesablarını gündəlik izləmək və balansa nəzarət etmək;
· 1 C 8.3 proqramında müvafiq sənədləri formalaşdırmaq;
· Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
· Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması prosesini həyata keçirmək;
· Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarını təsdiqləmək ;
· Şirkətin daxili siyasətinə uyğun olaraq açıq qalan məbləğlərin mütəmadi təhlillərini aparmaq;
· Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmalar aparmaq, uyğunsuzluqların olmamasına və ya aradan qaldırılmasına nəzarət etmək;
· Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq.
Tələblər:
· Yaş həddi: 25-40;
· Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
· Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
· Maliyyə-mühasibat işi üzrə min 2- 3 ildən az olmayaraq iş stajı;
· Kompüterdə sərbəst işləyə bilmək (1C 8.3 , Elektron Hökümət Portalı), Office (Microsoft Word, Excel, PowerPoint);
· Analitik bacarıqlara sahib olmaq;
· Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq,sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;
· Komandada işləmək bacarığına sahib olmaq.
051 201 21 43
Ünvan: Nərimanov rayonu, Arif Heydərli 120-122.