“Səba” şirkətlər qrupunun əkinçilik fəaliyyətini özündə birləşdirən “Qarabağ Taxıl” MMC -yə aqranom ixtisaslı layihə meneceri tələb olunur. İşə qəbul olunacaq namizəd xarici həmkarlarla birlikdə çalışacaq. Müəssisə ölkənin 4 rayonunda – Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir rayonlarında 6 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya paxlası, arpa, buğda, günəbaxan yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir.
“Qarabağ Taxıl” MMC vakansiyası – Layihə aqranom-meneceri
- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək
- Torpağın məhsuldarlığını artırmaq, təsərrüfatdaxili yerquruluşu işlərini aparmaq, təbii torpaqları yaxşılaşdırmaq, sahələri eroziyadan qorumaq
- Dənlilərin becərilməsini, suvarılmasını, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını, zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvü gübrələrin saxlanılmasını və sahələrə verilməsini təşkil edir
- Bitkiçilik sahəsində əməyin və texnikanın təhlükəsiz işləməsini, ekoloji mühitin qorunmasını, habelə müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edir
- Ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir
- Kənd təsərrüfatı işlərini optimal müddətdə və yüksək keyfiyyətlə görülməsinə nail olur
- Texnoloji xəritələrin və aqrotexniki pasportların tərtib edir. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bitki növləri üzrə texnoloji xəritələr hazırlayır və bu işə nəzarət edir. Hər tədbirin nə vaxt, bitki növləri üzrə hansı dövrdə aparılması üzrə tövsiyələr hazırlayır və onların düzgün tətbiq edilməsinə nəzarət etməklə bu işlərə məsuliyyət daşıyır
İş şəraiti:
- İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün
- İş yeri: Beylaqan rayonu
Təminatlar:
- Korporativ nömrə
- Nəqliyyat vasitəsi
- Yanacaq
- Yaşayış
Əmək haqqı:
- Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur
- İllik mükafat
- Ali təhsil (aqranomluq, aqrokimya, bitki mühafizəsi və ya torpaqşünaslıq üzrə)
- Xaricdə bakalavr, maqistratura və ya doktorantura təhsili olan namizədlərə üstünlük verilir
- Xaricdə təcrübə və ya ixtisasartırma proqramlarında iştrak etmiş namizədlərə üstünlük verilir
- Aqronomluq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
- Kənd təsərrüfatı texnikaları ilə bağlı məlumatlar, işləmə prinsipləri barədə biliklər
- Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı biliklər
- Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazışma bacarığı
- 27-50 yaş həddi
- Stresədavamlı, tələbkar, məsuliyyətli
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Komandada işləmək bacarığı
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
- Sürücülük vəsiqəsi olmalı
- MS Office, İnternet, E-Mail-dən istifadəni bilməli
Zəhmət olmasa CV-lərinizi vugar.baloghlan@saba.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom-menecer”qeyd etməyi unutmayın. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.