İş haqqında məlumat
- 6 aylıq ödənişli təcrübə proqramı müddətində siz, satış və sığorta üzrə müxtəlif təlimlər alacaq, Telesatış komandası daxilində müştərilərlə işləmək və real satış etmək imkanı qazanacaqsınız.
- PAŞA Sığorta ASC şirkəti olaraq biz, irqindən, dinindən, cinsindən, yaşından, sosial statusundan və fiziki imkanlarından asılı olmayaraq bütün namizədləri bərabər şəkildə dəyərləndirir və bərabər iş imkanları yaradırıq.
Satış Sənəti Təcrübə proqramının üstünlükləri nələrdir?
- Sığorta sahəsində real iş təcrübəsi qazanmaq imkanı
- Tam onlayn şəkildə, evdən çalışmaq imkanı
- Ödənişli təcrübə proqramı olması
- Sığorta və Satış sahəsi üzrə geniş təlim proqramında iştirak
- Satış Sənəti Təcrübə proqramını bitirmiş təcrübəçilərə proqramın sonunda iştirakla bağlı sertifikat təqdim ediləcəkdir
- Proqramı uğurlu başa vurmuş yüksək performans göstərmiş təcrübəçilər PAŞA Sığorta ASC şirkətinin Telesatış komandasında iş imkanı qazanacaqlar
Əgər siz də PAŞA Sığorta ailəsinə qoşulmaq və uğurlu karyeranıza bizimlə başlamaq istəyirsinizsə CV-nizi məktubun mövzu hissəsində “Satış Sənəti Təcrübə proqramı” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Tələblər
Namizədə tələblər:
- Tam günlük təcrübə proqramı olduğu üçün yeni məzun olmuş və ya qiyabi təhsil alan gənclər
- Karyerasını satış sahəsində qurmaq istəyən təcrübəsiz və ya 1 ildən az təcrübəsi olan namizədlər
- Karyerasında bir müddət fasilə etmiş və yenidən başlamaq istəyən namizədlər