- Cəmiyyətdə əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək
- İş yerlərində əmək şəraitinin öyrənilməsi, təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi üzrə işlərin təşkili, iş yerlərinin və istehsalat avadanlıqlarının təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə uyğunluğunun attestasiyası və sertifikatlaşdırılması, nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək
- İşə yeni qəbul olan işçilərə giriş təlimatı keçmək və bölmə rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq
- Zərərli və təhlükəli istehsal amillərinin təsirindən mühafizə vasitələrinin daha təkmil layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi
-Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və təqdim edilməsində iştirak etmək
- Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək və fəaliyyətin təkmilləşdirilməsi və ya düzəldilməsi üçün tədbirlər təklif etmək
- SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək
- Həftəiçi 5 gün saat 09:00-dan - 18:00-dək
- Əməkhaqqı 1000 AZN
- İş yeri: Ağcabədi, Şəmkir
- Ali təhsil
- FHN Dağ Mədən Agentliyindən şəhadətnamə
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
- Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları
- Yaxşı ünsiyyət və təlim bacarıqları
- Hesabat hazırlama və analiz etmə bacarığı