İş haqqında məlumat
2018-ci ildə təsis olunan Bakı Dizayn Akademiyası dizayn sahəsinin müxtəlif istiqamətləri üzrə beynəlxalq səviyyəli mütəxəssislər yetişdirən təhsil müəssisəsidir. Akademiyada dizayn sahəsinin UX&UI, Qrafik dizayn, İnteryer Dizayn, Animasiya Dizaynı, 3D dizayn və Graphic Art Direction ixtisasları tədris olunur.
Bakı Dizayn Akademiyası 2021-ci ildən etibarən eyni zamanda ABŞ-ın Adobe və Autodesk şirkətlərinin Azərbaycanda rəsmi təmsilçisidir. Partnyorluq çərçivəsində Akademiya Adobe və Autodesk şirkətlərinin Azərbaycandakı yeganə imtahan və sertifikasiya mərkəzi kimi də fəaliyyət göstərir.
Vakansiyanın adı: Karyera mütəxəssisi
Vəzifələr:
- Tələbələrə təlimlərin keçirilməsi (düzgün CV necə hazırlanmalı və müsahibə zamanı özünü təqdim etmə bacarığı);
- Şirkətlərə tələbələr haqqında təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Tələbələrin işlə təmin olunmasında potensial işəgötürənlərlə LinkedIn, e-mail, telefonla əlaqələrin yaradılması;
- Mütəmadi yeni işəgötürənlərin tapılması istiqamətində media kanalları üzərindən potensial işəgötürən axtarışı;
- Ehtiyac yarandıqda mövcud bazadan müəllim və tyutorların seçilməsi;
- İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak;
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 10:00 - 18:00;
Müraciət etmək istəyən namizədlər CV-lərini vakansiya@samadovlaw.com mail ünvanına mövzu hissəsinə “Karyera mütəxəssisi” qeyd edərək göndərə bilərlər.
Tələblər
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: 1-3 il;
- Yaş həddi: 25 – 35;
- Dil bilgisi: İngilis dili (orta səviyyədə);
- MS Office proqramları (yüksək səviyyədə);
- Öz müştəri bazasının mövcud olması – arzu olunandır;
- Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək, şifahi nitq qabiliyyəti olmalı;
- Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı.