SME şirkətinə “Korporativ - Hüquqşünas” üzrə təcrübəçi vakansiyası tələb olunur.
Təcrübə müddətində oyrənilələcək vəzifə öhtəlikləri:
● Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
● Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
● İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
● Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
● Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
● Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
● Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
● Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
● Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət edilməsi;
Namizədə tələblər:
- Təhsili/ixtisası: Hüquq üzrə ali təhsil (yalnız təhsil müəssisələrini bitirənlər üçün)
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili - əla
● - Kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
- Fərdi keyfiyyət tələbləri: Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli və axtarış aparmaq qabiliyyətinə malik olmalı olmalı; Müvafiq sahə üzrə yüksək motivasiya ilə yanaşma; Detallara qarşı diqqətli və operativ; Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
İş şəraiti:
● Təcrübə müddəti 3 ay müddətində
● Əmək haqqı: Təcrübə müddətində yol xərci qarşılanır 100-300 AZN.
● 5 günlük iş qrafiki
● Karyera yüksəlişi imkanı.
● Müddətin sonunda təcrübəni üğurla keçən işə qəbul olunacaq.
Ünvan: Afyeddin Cəlilov 26
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@smeltd.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Təcrübəçi-hüquqşünas” adını qeyd etməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
SME şirkətində çalısmaq Azərbaycanın ən dinamik və perspektivli konsaltinq şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir.
Namizədə tələblər:
- Təhsili/ixtisası: Hüquq üzrə ali təhsil (yalnız təhsil müəssisələrini bitirənlər üçün)
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili - əla