Vakansiyanın adı: Ofis meneceri
İş, vəzifə və öhdəliklər haqqında:
● Ofisdaxili nizam-intizamın tənzimlənməsi;
● Sənəd mübadiləsinin və kargüzarlıq işlərinin həyata keçirilməsi;
● İnventar və təminat-təchizat üzrə işlərin idarə edilməsi;
● Müştərilər tərəfdən müraciətlərin zəng və mesaj ilə cavablandırılması;
● Sifarişlərin qeydə alınması;
● Sifariş və məhsulların müştəriyə çatdırılması prosesinin tənzimlənməsi;
● Aylıq hesabatların hazırlanması;
Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:
● Gənc, dinamik, yaradıcı komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək;
● Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi;
● Təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək;
● Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək;
● Ədalətli idarəetmə mühitində işləmək;
● Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək.
İş qarfiki: Həftə içi 5 gün saat 09:00-18:00, 13:00-14:00 nahar fasiləsidir.
Əməkhaqqı: 400 AZN + satışdan bonus %.
Müraciət qaydası: Namizədlərdən öz CV-lərini “Ofis menecer” başlığı ilə info@easyfishoil.az imeyl ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müraciətlər sadəcə elektron poçt üzərindən qəbul edilir. Uyğun namizədlər yaxın zamanda müsahibə mərhələsinə dəvət ediləcək. Uğurlar!
● Ali təhsil;
● Yaş aralığı: 21-35;
● Azərbaycanca və rusca səlis nitq qabiliyyəti;
● Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq;
● Kompüter bilikləri;
● Analitik düşünmə qabiliyyəti və təməl riyazi bacarıqlar;
● Daim inkişafa açıq olmaq, işə qarşı həvəs və motivasiya ilə yanaşmaq;
● Nizam-intizamlı, dəqiq, punktual, məsuliyyətli və çalışqan olmaq;