“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentində Layihə Koordinatoru vəzifəsi üzrə aktiv vakansiya var.
İş öhdəlikləri:
· Tədbirlərin təşkil olunması və idarəolunması;
· Bölgə üzrə təyin olunuş regional nümayəndələrlə əlaqə saxlamaq, mövcud vəziyyətlə maraqlanmaq;
· Layihə icrası və kampaniyaların keçirilməsi proseslərinin koordinasiya olunması;
· Layihələrin idarəolunması zamanı, zəruri hallarda günəmuzd əməkdaşların cəlb olunması;
· Marketinq və müştəri loyallığı üzrə təklif və ideyaların verilməsi;
· Rəqəmsal loyallıq, marketinq və marketinq kommunikasiya alətlərinin, eləcədə kampaniyaların idarəolunması;
· Kampaniya / müsabiqələrin təşkil olunması və həyata keçirilməsi;
· Layihə rəhbəri tərəfindən qoyulan tapşırıqların təyin olunan zaman içərisində icrası;
· Hesabatların yazılı qaydada PPT təqdimat və digər yazılı üsullarla təqdim ollunması.
İş şəraiti:
· Öyrədici və inkişafameyilli iş mühiti.
· Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
· İş vaxtı həftədə 6 gün;
· Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Şirkətdə “Layihə Koordinatoru” vakansiyasına 3 yer ayrılıb.
Maraqlı olan namizədlər öz CV-lərini saltanat.q@businessinsight.az ünvanına “Layihə Koordinatoru” başlığı altında göndərə bilərlər.
Tələblərimiz:
· Yalnız kişi namizədlər;
· Ali təhsil;
· Yaş həddi: 22-35;
· Microsoft proqramlarında işləmək bacarığı;
· Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;
· Kollektivdə işləmək bacarığı;
· Marketinq və marketinq kommunikasiya bilikləri;
· Ölkədaxili ezamiyyətə çıxış imkanlarının sərbəst olması;
· Rus və İngilis dil biliklərinin ən azı orta səviyyədə olması mütləqdir;
· Araşdırmaya meyilli olmaq;
· Problem həlletmə qabiliyyətinin yüksək olması;
· Rəqəmsal loyallıq və müştəri sədaqəti proqramları üzrə bilik və bacarıqların olması arzuolunandır.