Satınalma Meneceri üzrə tələblər
Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə Malsatanlar müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla danışıaqlar aparmaq;
Malsatanlar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
Malsatanlar və karqo (çatdırılma) ilə işə başlamazdan əvvəl rəsmiləşmə prosesinin diqqətlə izləmək;
Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
Müqavilələrin və sifarişlərin vəziyyətini izləmək;
Ehtiyat miqdarlarının ehtiyaca cavab verdiyini müəyyən etmək və lazım olduğu təqdirdə əlavə materiallar sifariş etmək;
Planda müəyyən edilmiş satınalma məqsədlərinə nail olmaq üçün kommersiya strategiyasını müəyyən etmək və təsdiq etmək, texniki tələblərə riayət etmək;
Mal və ya xidmətlərin satınalma tələblərinə və arzu edilən nəticələrə uyğun gəlməsini təmin etmək üçün keyfiyyətə təminat prosesini həyata keçirmək;
Satınalma prosesinin məqsədlərindən kənarlaşmaları və ya nöqsanları müəyyən etmək, təşkilatın tələblərinə uyğun olaraq operativ şəkildə təkmilləşdirmə tədbirləri görmək;
Namizədə tələblər:
Ali təhsilli (iqtisadiyyat üzrə);
Azərbaycan, rus və ingilis dillərini bilməli;
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
MS Office (Word, Excel, Power Point) proqram təminatlarında işləməyi bilməli;