"STP-AH" MMC Hüquq şöbəsinə hüquqşünas vakansiyası elan edir.
Görəcəyiniz işlər:
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarını bilməli;
Müqavilələri hazırlamaq, müqavilələrə hüquqi rəylər vermək;
Ümumi Yığıncağın və Müşahidə Şurasının iclas protokollarını hazırlamaq;
Əmrləri, məktubları, arayışları, etibarnamələri, ərizələri və digər hüquqi sənədləri rəsmiləşdirmək;
Məhkəmələrdə müəssisənin maraqlarının qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək;
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
Direktorun göstərişinə əsasən kontragentlərlə danışıqlarda iştirak etmək;
Müqavilələri və digər hüquqi sənədləri arxivləşdirmək və s.
Əlavə məlumatlar:
Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
İş vaxtı: 5 günlük qrafik;
Əmək haqqı razılaşma əsasında;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq cv@stp-ah.com ünvanına göndərmələri xahiş olunur. #jobsearch #lawyer #ishvar
Tələblər:
Ali hüquqi təhsil;
Minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli; (İngilis dili arzuolunandır);
Microsoft Office proqramlarını bilməli;